“Veysəloğlu” jurnalistləri Qəbələyə topladı - FOTOLAR

“Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad Fabriki, ölkə mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə, bir qurup KİV nümayəndəsinin Qəbələ və Oğuz rayonlarına 2 günlük İnfoTurunu təşkil edib.

Səfər zamanı “Veysəloğlu” Şirkətlər Qrupu və “Ulduz” Şokolad Fabriki haqda mətbuat nümayəndələrinə geniş məlumat verilib, onlara şirkətin uğur yolunu əks etdirən Tanıtım filmi göstərilib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov “Veysəloğlu MMC” və “Ulduz” Fabrikinin rəhbərliyi adından səfərdə iştirak etmiş, həmçinin müxtəlif səbəblərdən iştirak edə bilməyən bütün jurnalistləri bir daha Milli Mətbuat günü münasibəti ilə təbrik edib, onlara bu çətin və şərəfli yolda uğurlar arzulayıb. Jurnalistlərə şirkətin adından hədiyyələr təqdim olunub.

Səfərdə iştirak edən jurnalist heyyəti “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə, həmçinin yüksək səviyyəli təşkilatçılıq işinə görə şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədova təşəkkürlərini bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar