KRAL ÖLDÜ! YAŞASIN KRAL?! – Elmlər Akademiyasında “Mehdiyev erası” bitdimi?

Xalid NİYAZOV

II yazı

(Davamı. Əvvəli https://azpolitika.info/?p=662847 Fevralın sonlarında gündəm dəyişdiyinə görə yazını bir qədər yubatmağı məsləhət bildik)

Ramiz Mehdiyev getdi!

Əslində, bu ölkəyə, Vətənə, dövlətə, insanlara qarşı onillərdən bəri etdiyi pisliklərə rəğmən elə 2019-cu ilin oktyabrında Prezidentdən layiq olmadığı ali təltifini alıb, təşəkkür edib, ədəb-ərkanla getməli idi. Getmədi! Qismətində üzüsulu getmək şansı varkən, üzü tüpürcəkli getməyi seçdi. Bu, onun şüurlu seçimi idi.

İnsan rəzilliyinin, miskinliyinin də bir hədd-hüdudu olmalı idi. Görməzdən gəldi o sınırı. “Enveroviç” İlham Əliyevin alicənablığından və yüksək insaniyyətindən sui-istifadə edib özünə yeni bir vəzifə bazarlığına girdi. Zira, bu tip adamları yapışdıqları yerdən qoparmağa ən güclü “Komatsu” buldozeri belə acizdir. İllərlə “kurirovat” elədiyi, saxta “çlenkor”, akademik adı payladığı, həqiqi alimlərinsə akademikliyə uzanan yolunda qara bir daşa çevrilib badalaq vurduğu Elmlər Akademiyasına prezident gəlməyi özünə ar bilmədi.

Adam bunca şansı dəyərləndirmədi. Axı, quruyub-qartımış, yeni ideya və təşəbbüs “istehsal etmək” imkanını qeyb etmiş, ilin-günün düz vaxtı qırışlarında qurub-yaratmaq, mütərəqqi, modern adına ikicə hüceyrənin belə bulunmadığı barsız, cır, qısır bir beyin nə verə bilərdi ki?!

Ramiz Mehdiyev getdi!

Bitdimi hər şey?

Necə deyərlər, “Finita la commedia”mı, həzarat!

Xeyr, zənnimcə! Bu cür alaq otlarının toxumları çox böyük bir ərazidə yayılıb cücərir. “Mehdiyevciklər” bu gün də iş başındadırlar – elə həmin akademiyada, dövlət strukturlarında, nazirliklərdə, parlamentdə, mətbuatda ... üzü aşağı hakimiyyət şaqulunun hər bir həlqəsində, pilləsində. “Tak çto”, ruslar demişkən, Mehdiyev mövzusu həmişəyaşıl mövzudur, kökünü qazıb qurutmayınca, dayanmaq olmaz ... təhlükəlidir.

Elmin “ölüm vadisi”

Ötən əsrin 50-ci illərində ABŞ-ın Kaliforniya ştatında Stenford universitetinin sənaye parkının bazasında elmi-tədqiqat institutlarının, mərkəz və laboratoriyaların, universitet və informasiya texnologiyaları məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin cəmləşdiyi “Silikon vadisi” adlı bir beyin mərkəzi yaradıldı. Onun zərurəti barədə uzun-uzadı bəhs etməyəcəyik. Belə ki, Amerikanın müasir inkişaf səviyyəsi bu dövlətin elmə ayırdığı diqqət, dəstək və maliyyənin həndəsi silsilə üzrə yüksəlişi ilə tənasübdə çıxış edir. Başqa sözlə, perspektivə hesablanmış məqsəd dünya lideri bir ölkənin müasir stastus-kvosunun təsbitində əvəzsiz rol oynadı.

Ərazisi Abşeron yarımadasından təxminən iki dəfə artıq olan bu məkan Amerikadakı bütün innovasiyaların vətəni, planetin özünəməxsus rəqəmsal paytaxtı sayılır.

Danimarka və İsveçdə “Medikon Velli” klasteri, Fransada “Sofia Antipolis”, Yaponiyada “Texnopolis Tsukuba” və ya “Beyin şəhəri”, Rusiyada “Skolkovo”, Qazaxıstanda Alatau İT City və digər elmi-texniki mərkəzlər amerikalı “müttəfiqləri” ilə birlikdə müasir dünyanın inkişaf koordinatlarını və hədəflərini müəyyənləşdirirlər.

Təbii, könül istərdi ki, Azərbaycan da belə bir zəka və təcrübə klasterində yer alsın. Fəqət, bu ölkələrin heç biri ilə və hər hansı bir parametr üzrə müqayisəyə əl yeri qoyacaq durumda deyilik. Obyektiv və subyektiv səbəblər çoxdur, üzərində dayanmayacağıq. Zira, elmin inkişafının prioritet əhəmiyyəti fərdi istəkdən daha çox dövlətin qayğı və diqqəti ilə müəyyənləşən bir məsələdir.

Ölkədə elm və real iqtisadiyyatın birgə əməkdaşlığını son məhsula, nəticəyə hədəfləyən real zəncir yaradılıbmı? Elmlər Akademiyası bu seqmentə hər hansı bir töhfə verə bilirmi?

Akad. A.Əlizadənin prezidentliyi dönəmində elmlə sənayenin səmərəli işbirliyini təmin etmək məqsədi ilə müvafiq nazirlik və şirkət rəhbərləri ilə faydalı görüşlər keçirilirdi və həmin təmasların ortada konkret müsbət nəticələri belə vardı.

Akademiyanın “mehdiyevşina” dönəmində isə əski sovetlərin məşhur “zastoy” dövründə olduğu kimi hər şey vitrinə, “pokazuxa”ya, göz boyamağa hesablanmışdı. Akademiya müdiri kreslosunda yerini isidən “Enveroviç”in müxtəlif nazirlik və komitə rəhbərlərini ofisinə dəvət etməkdə əsas məqsədi elmin “gününə ağlamaq”, real iqtisadiyyatı elmtutumlu layihələrə sərmayə yatırmağa təşviq etmək deyildi... özünün hələ də “yəhərdə” olduğunu, hökumət üzvlərinin yanında sözünün keçdiyini isbatlamaq kimi altruist, meşşan bir başlanğıc idi.

Alimləri bir yerə toplayan, onların qazandıqları nailiyyətləri təbliğ edən “Alimlər qurultayı”, “Elm festivalı” kimi tədbirlər yerini Ramiz Mehdiyevin hansı dərədən tapıb ətrafına yığdığı cahillərin at oynatdığı intriqa, məkr, nakişilik meydanına verdi. AMEA-nın dəhlizlərində “37-ci il” rüzgarı əsməyə başladı. İctimai əxlaqsızlıq, elmi falsifikasiya, vəzifə təyinatlarında korrupsiya, vicdanlı alimlərin təqib edilməsi, ləyaqət və elmi kapasitədən məhrum institut direktorlarının himayə edilməsi əsas iş prinsipinə, fəaliyyət fəlsəfəsinə çevrildi. Elmə qarşı sanki şüurlu şəkildə ermənisayağı “Xocalı soyqırımı” həyata keçirilirdi.

Təsəvvürünüzə gətirin ki, ölkənin elm qərargahında elmi mühit, elmi müzakirə əvəzinə intriqa, məişət dedi-qodusu, “tolkuçka” ritorikası hökm sürürdü. Bu adamlarla elmi inkişaf etdirmək, elmin nüfuzunu qaytarmaq mümkünsüz idi.

Fizika üzrə Nobel mükafatçısı Andrey Qeymin naşı adamların bacarmadıqları işin qulpundan yapışması ilə bağlı maraqlı bir ifadəsi var: “Əgər şimpanzedən gələcək üçün nəyin daha vacib olduğunu soruşsan (elm nöqteyi-nəzərindən), yəqin ki, banan təmizləyən maşından daha yaxşısını təklif edə bilməz”. Eyni kontekstdən yanaşsaq, “Mehdiyev & kompaniyası”ndan ölkə elmi üçün faydalı nəsə gözləmək öküzdən bala gözləmək kimi ümidsiz və anormal bir məşğuliyyət olardı.

Mehdiyevin himayəsində olan institutlar var ki, elm adına heç bir işlə məşğul olmur, öz istiqaməti üzrə ortaya az-çox sanballı bir iş qoymayıb. Bu cür elmi-tədqiqat müəssisələrinin rəhbərliyi öz səlahiyyətsizliyini, yarıtmazlığını, elmə ən azı “Gülümsərov” qədər dəxli olduğunu pərdələmək üçün çəkindiyi əməkdaşlara ən əxlaqsız və yaramaz vasitələrlə təzyiq edir, şər və böhtan kampaniyası aparır. Çünki belələrinin qeyri-məhdud səlahiyyət üçün “indulgensiya kağızı”na orta əsrlərdə Roma Papasının başçılıq etdiyi katolik kilsəsi deyil, Mehdiyev şəxsən “imza atmışdı”.

Akademiyanı belə mağmın günə saldığına görədir ki, onun bağlanması, elmi-tədqiqat işlərinin universitetlərə həvalə olunması ilə bağlı sədalar eşidilməkdədir. Özü də bir ara bu cür təkliflər intensiv xarakter aldı. Xub, edək! Amma necə deyərlər, “nəynən Alış”?! Məgər bizim universitetlər “göydən ulduzmu dərir”? “Top 1000”-liyə Azərbaycandan neçə yaxud hansı universitet daxil ola bilib?! Tendensiyalı görünmək istəməzdim, amma bu məsələdə də “səbəbül-lənətulla” Mehdiyevdir – uzun illər ölkənin təhsil təsərrüfatını da Fatma ilə birlikdə iflic ediblər.

Nəticədə dünyanın inkişaf etməkdə olan ölkələrində prioritet məhz elmi nailiyyətlər olduğu halda, bizdə elmin səviyyəsi “kandidatski” müdafiə edənlərin statistikası ilə ölçülür. Yenə də nə yaxşı ki, son illər Ali Attestasiya Komissiyasında müdafiə işinə ciddiyyət və məsuliyyət bir xeyli artıb.

Mehdiyevin “Potyomkin kəndləri”

Yəqin ki, mütaliəli oxucuların zikri XVIII əsrə təsadüf edən “Potyomkin kəndləri” məsələsindən xəbəri var.

Zövcəsinin gürcü knyaz nəslinə dəxli olduğunu iddia edən “Enveroviç”in rus knyazı Qriqori Potyomkinlə hər hansı bir qohumluq bağının olub-olmadığını söyləyə bilməsək də, əməlləri onunkundan heç də geri qalmır. Əgər sələf Rusiya imperatriçəsi II Yekaterinanın gözünə kül üfürürdüsə, xələf də Azərbaycan vətəndaşının gözünü boyamağa çalışıb. Necə? Çox sadə! Adam özünün bivec, heç bir ciddi və əməli köklərə dayanmayan “elmi islahatlar”ı ilə butafor, illüzior bir akademiya obrazı yaratmağa çalışıb. Bəlkə də sima olaraq nələrisə, o da başqalarının əziyyəti hesabına, dəyişməyə müvəffəq olub, amma və lakin bətndə, rəhndə heç bir şey dəyişməyib.

Səbəb həqiqət qədər sadədir! Ramiz Mehdiyev və entuziazm, elmi şücaət, elmi uğur, tədqiqat şövqü, axtarış həvəsi ... qütbvari əks anlayışlardır. Onun sadəcə varlığı, böyük və şanlı kişilərin qapısından içəri girdikləri elm məbədinin divarları arasında aldığı nəfəs belə elm üçün toksik təhlükə idi.

Elmlər Akademiyası bu gün formal olaraq elmin statisti rolunu ifa edir. Məlum, akademiyada hamı elmlə məşğul olmalıdır. Bunun üçün istedadlı alimlər var, istək var, güclü elmi-intellektual potensial və səviyyə var. Eyni zamanda, ölkənin də buna əşhədü-ehtiyacı var, real perspektiv vəd edən ciddi layihələrə sərmayə yatırmaq imkanı var. Ancaq bu adamın lüğətində yardım göstərmək, əl uzatmaq, yaralı barmağa “yod” sürtmək, yaxşılıq etmək, nəsə vermək kəlməsi yoxdur ... “al mollası” misalı!

O bir başqa məsələdir ki, Allaha şükür, Prezident İlham Əliyev belə məsələlərə heç vaxt vəsait əsirgəmir. Əksinə! Lakin çatışmayan nədir? – Elmi mühit! Heç görmüsünüzmü ki, çılpaq qaya parçası, yaxud sinəsi cadar torpaq sünbül yetirsin?! Bəli, akademiyada elmi mühit məhv edilib, yaradıcılıq həvəsinin “vayına otur”ulub.

Balaca və boz kardinal Akademiyanın binasına ayaq basar-basmaz, ilk növbədə özünə inzibati aksesuar, bir başqa cür ifadə etsək, resurs, komanda, qərargah tədarükünə girişdi. Katiblik qurdu, Rəyasət Heyətinin aparatı adlı bir qurum yaratdı. Məqsəd iş görmək, ortaya FİƏ qoymaq deyildi, əsla, bir növ kasıbın itinin adını “Gümüş” qoymaq misalı. Və akademiya sistemində ixtisar söhbətinin aktuallığını qoruduğu, vaxt-bivaxt ortaya atıldığı bir vaxtda, mehdiyevsayağı islahat nəticəsində zühur etmiş qurumlara bir xeyli ştat vahidi ayırdı. “Enveroviç”in zərgər dəqiqliyi ilə kadr seçmək məharətinə, zatən, heç kimin və heç bir vaxt şübhəsi olmayıb – harada yolunu-izini azan, keyfiyyətsiz, cəmiyyətdə adı birmənalı hallanmayan bioloji inkişaf tör-töküntüsü vardısa, yığıb gətirdi. Mehdiyevin “kadr akademiyası”nın məzunlarının ən dürlü cinayətlərə görə başlarına torba keçirildiyi tarix çox da uzaqda deyil. Yeri gəlmişkən, arada akademiya müdirinin az vaxtda həlləm-qəlləm işləri ilə məşhurlaşmış “baş eşikağası”nı, yəni katibliyinin rəisini də tutub 30 günlüyə “qoduqluğa” basmışdılar. Amma noolsun?! Deyilənə görə, qayıdıb və işini davam etdirir.

Budur, Mehdiyevin islahatı!

Bu islahatın nəticəsidir ki, dövlət akademiyanın iki qurumunun tabeçiliyini dəyişdi ... heç şübhəsiz, bir bildikləri vardı.

AMEA-nın 2021-ci il may tarixli Ümumi yığıncağında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətdə səsləndirilən tezis-islahatlar isə yalnız acı gülüş doğurur. İki cümləni dalbadal düzüb ifadə etməyə qabiliyyəti çatmayan natiq Prezidentə müraciətdə cümləpərdazlığın “piruet” və “salto”larını nümayiş etdirərək yeni dövrün elmi fəaliyyətində başlıca hədəflərdən biri kimi elm və təhsil sisteminin effektiv, çoxşaxəli inteqrasiyasını göstərərək ali təhsil müəssisələrini Milli Elmlər Akademiyasının potensialından geniş şəkildə bəhrələnməyə, mütəxəssis hazırlığı prosesində AMEA-nın imkanlarından əməli surətdə istifadə etməyə çağırır.

Əminik ki, bu, yersiz zarafatdır, “özünə umac ova bilmir, özgəsinə əriştə kəsir” buna deyiblər. Adam elmi xoş günə çıxartdı, bir də qaldı vəziyyəti onsuz da “urusca” olan təhsilə “yengə”lik eləməyi.

İkinci tezis “Ordu quruculuğunda müasir elmi yanaşmaların tətbiqi” sahəsində futuroloji öncəgörmələrdən bəhs edir.

Deyirlər ki, timsah ovunu parçalamazdan əvvəl onun üçün göz yaşları axıdır. Mehdiyevin ordu quruculuğuna elmi yanaşmadan bəhs etməsi eyni “həzin” göz yaşlarını xatırladır. Akademik-düha 44 günlük Vətən müharibəsindəki qələbəmizdə pilotsuz aviasiya vasitələrinin geniş tətbiq edildiyini qeyd edir və bu istiqamətdə AMEA-da rəqəmsal texnologiyalar sahəsində yeni, əsaslı tədqiqatların aparılmasının vacibliyini vurğulayır. Rusların bu xüsusda yerinə düşən bir məsəli var – kimin inəyi böyürsə də, bari, səninki sussun.

Pilotsuz uçuş aparatlarının və digər hərbi-mülki təyinatlı ləvazimatların hazırlanması sahəsində akademiyanın texnologiyalar parkında aparılan tədqiqatları əngəlləyən, bilikli və təşəbbüskar gənclərdən ibarət unikal bir komandanı gözümçıxdıya salıb dağıdan bir adam Prezidentin hüzuruna ərz etdiyi müraciətdə “ölkəmizin daxili imkanları və yerli elmi-texniki potensialı hesabına keyfiyyətli pilotsuz ucuş aparatlarının hazırlanması və istehsalı” hədəflərindən bəhs edir. Bu, bəlkə də milli xəyanətdir.

Həmin müraciətdə yeddi istiqamət üzrə qarşıda duran hədəflərdən bəhs edilir. Nə yazıq ki, hamısı “fiksa”, gəlişigözəl vəd, göz boyamaq cəhdindən başqa bir şey deyildir. Əksidirsə, ortaya fakt qoysunlar, iş göstərsinlər.

Alimlərdən və sifarişçilərdən ibarət “zəncir”in yaradılması, sənaye nəhəngləri ilə faydalı işbirliyinin qurulması, akademiyanın millətin elmi-əqli-intellektual-ziyalı “vizit kartı”na çevrilməsi, ölkənin milli-texnoloji inkişaf strategiyasına real töhfəsi ilə bağlı bəlağətli çıxışlar fonetik ilğım olaraq qaldı.

Məşhur bir ingilis aforizmi var: Hind quşları heç vaxt Yeni ilə səs verməzlər. Eləcə də, mehdiyevkimilər heç vaxt islahat, inkişaf, yüksəliş tərəfdarı ola bilməzlər. Onların bu Vətən üçün sevinən sinirləri, əzələləri çoxdaaan atrofiyaya uğrayıb.

Kral öldü!

Yaşasın kral?!

İndiki tələbələr rus proletariatının öndəri Vladimir Ulyanovun marksist-leninçi ideyaların və inqilabi romantizmin təbliğinə həsr olunmuş əsərlərini əzbərləyib “konspektləşdirmək” əzabından uzaqdırlar. Lenin geriyə iki addımdan bəhs edirdi. Onun sadiq varisi Enveroviç isə hələlik ölkədən danışmayacağıq, ancaq ölkə elmini beş addım geri çəkdi, Məlikməmmədin müxənnət qardaşları kimi quyuya sallayıb ipini də kəsdi.

Bəli, hər bir vətənpərvər alimi, ölkəsinin gələcəyinə biganə qalmağı bacarmayan ziyalını, nəhayət, 100 ildən bəri “göyə balonla çıxan əcnəbi”yə hələ də həsədlə tamaşa etməkdə olan vətəndaşı Azərbaycanda elmin düşdüyü vəziyyət ağrıdır, içini göynədir. Və bu, artıq sadəcə tənəzzül deyil, fəci səviyyəyə qalxmış deqradativ prosesdir. Tibbdə “sabit ağır” yaxud “sabit kritik ağır vəziyyət” ifadələri mövcuddur. Bizdə ikincidir. Akademik elmi Fəxri Xiyabanda basdırıb başdaşı üzərinə də “2019. oktyabr – 2022. fevral” yazdırsaq, yəqin ki, çox da pessimist sayılmarıq. Təbii ki, elmi reanimasiya etməyə qadir həqiqi alimlər, elm mücahidləri olmazsa!...

Bu gün “Mehdiyevşina”nın naqis mirası kimi elmdə islahat və inkişafın, sadəcə, imitasiyası mövcuddur. Səbəblərdən ən zırpısı Ramiz Mehdiyev kimi mühafizəkar və işbilməz məxluqun elmə rəhbərlik etmək ambisiyası idi.

Üç onilliyə yaxın idi ki, Mehdiyev və özü yosunluların qara kölgəsi, ətalət, yuxu, məhzunluq gətirən ruhu elmin canına çökərək bar verməyə, inkişaf etməyə qoymurdu. Adam istefaya “vasil” oldu! Vəziyyət dəyişəcəkmi? Yeni rəhbərlikdən, onun ölkə Prezidentinin yürütdüyü islahatlar xəttinə hansı səviyyədə sadiq olmasından asılı məsələdir bu.

Elmin bərbad günə düşməsində Elmlər Akademiyasının “müdir”i kürsüsünü zəbt etmiş alim Mehdiyevdən daha çox uzun illər Prezident Administrasiyasında hakimi-mütləq olarkən elmin də “cilov”unu əlində saxlamış məmur-bürokrat Ramiz Mehdiyev günahkardır. Əlində hədsiz administrativ resurs və imkanların cəmləşdiyi bir dönəmdə adam həm elmi, həm də alimləri “xoş günə” çıxarmaq üçün barmağını-barmağına vurmadı. Özü üçün işlədi, həlləm-qəlləm yollarla akademik titulu aldı, kitablar yazdı.

Bilirsinizmi ən pisi nədir? Ramiz Mehdiyevin mənhus idarəçiliyi dövründə AMEA-nın bircə akademiki belə etimadsızlıq təşəbbüsü ilə çıxış etmədi. Əcəba, nədən? Onlardamı yerlərində deyillər? Şəxsən mən elmimiz adına qürur duya biləcəyimiz bir çox akademikin adını çəkə bilərəm. Bəs elə isə nədən susdular? Siz hər atalar sözünə inanmayın, yoldaş akademiklər! Susmaq heç də həmişə qızıl deyil. İndiki halda biganəlikdir ... təşəbbüs, cəsarət, elm adına!

* * *

Akademiyanın prezidentləri olub: Mir Əsədulla Qasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Fərəməz Maqsudov, Mahmud Kərimov və başqaları! Bu adamlar sima idilər, qaya parçası idilər, insan sadəliyi ilə alim nəhəngliyinin xəlitəsini ortaya qoyan bir kimlikləri vardı. Ən azından harizmaları vardı, bu gün də insanların, elmi ictimaiyyətin qəlbində hansısa işıqlı xatirələri ilə yaşayırlar.

Bəs Mehdiyev? Ovcunda neçə min MVt-lik AES gəzdirsə belə, ayaqlarının ucundan o tərəfi işıqlandıra bilmək iqtidarında deyildi. Çünki adamın varlığı, əməli qaranlıqla, zülmətlə ekizdir, mühafizəkarlığın, reqressin, pisliyin, fürsətcilliyin ... sinonimdir.

Azərbaycan elmi hara gedir?

Dəqiq hədəfləri varmı?

Nəyə nail olmaq istəyir, yaxud istədiklərindən nəyəsə müvəffəq olubmu?

Azərbaycan elmindəki ətalət, yorğunluq, tənbəllik, qocafəndilik ... nə ilə bağlıdır? Obyektiv şəraitlə yoxsa subyektiv amillərlə?

Yəqin ki, bu suallara Elmlər Akademiyasının yeni rəhbərliyi və Rəyasət Heyəti cavab verəcək.

P.S. Hötenin “Faust” fəlsəfi dramı ilə tanışlığınız varmı? Fyodor Şalyapinin məşhur La Skalanın səhnəsində oynadığı İntibah dövrü mifologiyasının qəhrəmanı Mefistofel dahiyanə idi. Mənbələr vəcdə gəlmiş italiyalı opera bilicilərinin fikirlərini belə ifadə edirdilər: “Bəli, bu əsil iblisdir. Necə bir mimika! Necə bir səs! Dahi artistdir!”

Əminəm ki, elmin inkişafı ilə bağlı cəfəng sentensiyalarını səsləndirərkən bir nəfərin də üz əzələlərində həmişə mefistofelsayağı şeytani təbəssüm oynayıb.

635x100

Şərhlər

Romaya cavab 2022-05-29 10:41:21

Romanın yazdıqları ilə tam razıyam. Aytəni mütləq ekspertizadan keçirtmək lazımdır. Bu yaxınlarda Hüquq və İnsan Haqları İnstitutu AMEA-dan ayrıldı. Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nəzdində fəaliyyət göstərəcək. AMEA-nın başında duran qətiyyətsizlər canlarını bu Azərbaycan hüquq elminin boğazına kal armud kimi keçmiş Aytən Mustafazadə deyilən bəladan qurtardılar. İnstitut əməkdaşları onun əməllərindən illərdən bəri AMEA prezidentlərinə (hətta 3 prezidentə) nə qədər şikəyət etsələr də AMEA-nın başında oturanlar bu qadına gözünün üstə qaşın var belə demirdilər. Həəəə. Təzə xəbərlər var!!! İnstitutun bəzi qulbeçələri öz sosial şəbəkə hesablarında psevdo-hüquq elmləri doktoru (orta məktəblərdə fars dili müəllimi işləmiş), professor Aytənin Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru olacağını şadyanalıqla yazırlar. Bəziləri də Hüquq və İnsan Haqları İnstitutunun səlahiyyətlərinin daha da genişlənəcəyini, maddi imkanlarının daha da yüksələcəyini yazırlar. Deməli, Aytən qaz vurub, qazan dolduracaq. Əməlləri azərbaycansayağı mükafatlandırılır.

Roma 2022-05-24 11:48:56

Belə görürəm ki, AMEA-da at oynadanlardan biri də, "Hüquq və İnsan Haqları İnstitutunun direktoru Ramiz Mehdiyevi öz ağsaqqalı adlandıran Aytən Mustafazadədir. " Bu qadını testdən keçirib, savadını yoxlamaq lazımdır ki, tutduğu vəzifəyə, "aldığı elmi dərəcələrə" layiqdir ya yox. Azərbaycan elmi elə hala salınmışdır ki, elmi dərəcəsi olan onlarla "alimlərlə" söhbətimdə, diskussiyada onların savadına qarşı məndə çox böyük bir təəssüf hissi yaranmışdır və mən onların yanında necə deyərlər əsil akademikəm. Savadsız, qabiliyyətsiz adamda başqalarına qarşı aqressiya olur, bunu mən müşahidələrim əsasında deyirəm. İndi Aytən də, qoçu olub düşüb alimlərin canına, əl-ayağını yığışdıran yoxdur...

Zəki 2022-05-06 12:56:27

AMEA-nı da Ramizin kölgəsi olan, onun təyin etdiyi Arif Həşimov, əslində elə Mehdiyevin özü idarə edir. Əgər belə olmasa idi AMEA-ya bir nəfər savadlı, müstəqil, 5-ci kolonun qulu olmayan akademik təyin edilərdi. Zatən seçki-flan boş şeydir. Təyinat olacaq. Hələ də kimlərinsə rəyini gözləyirlər. Yəqin Ukrayna-Rusiya müharibəsinin bitməsini gözləyirlər.

5-ci kolon 2022-05-03 23:57:35

ea-nı deyə bilmərəm, amma Azərbaycan Xarici İşlır Nazirliyində rusiyapərəst Mammedyarovun erası davam etməkdədir, sadəcə, indi buraya Mammedyarovun özü deyil, onun kölgəsi rəhbərlik edir.

dosent 2022-04-24 21:51:34

Çox mötəbər mənbənin məlumatına görə Hüquq və Insan Haqları Institutunun direktoru Aytən Mustafazadənin "indulgensiya kaģzı"na Ramiz Mehdiyev 240 min manara imza atıb. Vasitəçi də 15 noyabr 2021-ci il tarixində rəyasət heyətinə katib gedən Aytənin müavini işləmiş Lalə Əhmədovadır.

Qərənfil x. 2022-04-22 16:54:13

Ramiz Mehdiyevə arxalanan, elmdə 37-ci il rüzgarı əsdirən, şərə, böhtana söykənərək elmə qarşı sanki şüurlu şəkildə “Xocalı soyqırımı” həyata keçirən AMEA-da yeganə bir institut direktoru var ki, adı hamıya məlum olan Hüquq və İnsan Haqları İnstitutunun direktoru Ramiz Mehdiyevi öz ağsaqqalı adlandıran Aytən Mustafazadədir. Əgər yoxlanılsa 2021-ci ilin oktyabr-noyabr aylarında institutdan nə qədər işçinin şər-böhtanla qovulduğu üzə çıxar. Əgər yoxlamağa hünərləri çatsa...

Seyfəl 2022-04-22 16:45:43

Hörmətli Xalid müəllim, “indulgensiya kağızı”na bizə məlum olduğu kimi 2021-ci ilin oktyabr aylarında Ramiz Mehdiyev 200 minlə 500 min manat arası məbləğə imza atırdı. Həmin məbləği verməyən bir neçə institut direktoru da işdən min bir bəhanə ilə çıxarıldı.

Elmira 2022-04-20 09:51:24

Parlaq məqələdir! Təşəkkür edirik, Xalid bəy. Qələminiz hər zaman iti olsun. Amin

Ali 2022-04-20 01:17:06

Afərin, üsluba, leksikya, sarkazma söz yoxdur! Ancaq bu mənfur komandanın ancaq kapitanının adı çəkilir, onu əhatə edən, onun mənfur ideyalarını reallaşdıran HEÇ BİR ADAMIN AFI ÇƏKİLMİR! Məgər şefləri getsə də, onlar bu qədər qorxulu adamlardır??? Bəlkə aydınlıq gətirəsiniz, möhtərəm müəllif? Kİmdir onlar? Bunu bilən şəhrhçilər də yaza bilər ki, biz də xəbərdar olaq.

oxucu 2022-04-19 23:17:16

Mən biləni Ramiz Mehdiyev 2013-2014-cü illərdə Xoşqədəm Hidayət qızının abort, boşanmalar, məişət zorakılığı üzrə eksperti olmayıb.

Əliəddin 2022-04-19 23:02:24

....... Son vaxtlar bir neçə belə cəngavərlərin meydan sulaması qətiyyən təsadüfi deyil. Gerçəkliyi görməzdən gəlib, su bulandırmaq belə yazıları mükəmməl hesab edənlərə ünvanlanıb. Gerçəkləri görməyi bacarsaydı (o hünərin sahibi olmağı bacarmaq cəsarət istəyir, belə cəsarət isə belələrində olmur) yaxşı olardı.

yazı müəllifinə 2022-04-19 21:12:06

ramiz mehdiyev kral deyildi. Ona boz kardinal deyirdilər...

Rasim 2022-04-19 19:24:36

Eee bəs sən Ramiz Mehdiyev vəzifədə olanda harda idin?Niyə çəxəb sözünü demirdin.İndi don kixotluq eləməyin yersizdir....

Fuad 2022-04-19 19:21:22

Fərəməz Maqsudovun harası sima olub????? Eldar Salayevi və Həsən Abdullayevin adlarını niyə çəkmirsiniz?

oxucu 2022-04-19 19:14:32

Bitmədi! AMEA-ya Fatma Abdullazadənin seçdirdiyi akademik rəhbərlik edir.

İramiz 2022-04-19 17:11:26

Güya İramizdən qabaq alimlər elmi kəşflər edirdilər, iRamiz qoymurdu? Müəllif də daxil olmaqla "qoca"lar başa düşməlidirlər ki, onlardan heç nə çıxmaz, Sovet qalıqlarıdırlar. Tural Bədirxanov adlı gənc Amerikada şirkət qurub, sonra da 40 milyon dollara Twitterə satmışdı. Hələ Akif Əlizadəyə bir pors mədhiyyə deyib, hansı ki alimlər üçün tikilən evdən sürücüsünə zavxozuna pay ayırmışdı.

Esmira Orucova 2022-04-19 15:15:58

Mükəmməl yazınıza görə Sizə dərin təşəkkürümü bildirirəm. Var olun!!! Allah Sizin kimi alimləri qorusun!!!

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price