Haqqımızda  Əlaqə
Hakimiyyət Rüstəm İbrahimbəyovun təşkilatına alternativ yaratdı
Tarix: 21.06.2012 | Saat: 13:40 | E-mail | Çapa göndər | Sosial şəbəkədə paylaş
Şrift ölçüsü : - / +

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb, Xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri seçilib



Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb. APA-nın məlumatına görə, yeni qurumun yaradılması ilə bağlı bu gün “Nizami” Kino Mərkəzində keçirilən “Kino və konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə qərar verilib.
İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin tərkibinə Şəfiqə Məmmədova, Ayaz Salayev, Cəmil Quliyev, Vaqif Mustafayev, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Mais Ağabəyov, Yusif Quliyev, Siyavuş Kərimi, “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov, “Nərimanfilm” Kinostudiyasının direktoru Nəriman Məmmədov daxildir.
Tədbirdə çıxış edən Cəmil Quliyev bildirib ki, yaradılma təşəbbüsü irəli sürülmüş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyət istiqamətləri - milli filmlərin beynəlxalq arenaya çıxarılması, milli filmlərin təşkili, beynəlxalq simpozium və konfransların təşkili, kino infrastrukturunun formalaşdırılmasıdır.
Azərbaycanın xalq artisti Şəfiqə Məmmədova bildirib ki, bu gün Azərbaycan kinosunun əsas problemlərindən biri gənc nəslin formalaşmaması məsələsidir: “Gənc nəslin demokratik, sağlam, mədəni mühitdə inkişafı çox vacib məsələdir. Biz bunu kinoya da gətirib, maarifləndirmə işi aparmalıyıq”.
Müzakirədə çıxış edən kinorejissor Oqtay Mirqasımov Azərbaycan kinosunun mövcud vəziyyətindən danışıb, bu sahənin inkişafının bir nəfərdən asılı olmadığını qeyd edib: “Kinoda tək adam heç nədir, bu, kollektiv əməyin nəticəsidir. Mən 16 yaşımda kinoya gəldim və burda püxtələşdim. Kinonun inkişafı üçün atılan hər bir addım məni sevindirir. Bu qurumun yaranması da məni sevindirir və bu qurumun yaranması çox şey deməkdir. Biz bu illər ərzində çox şeylər itirmişik, çünki Birliyimiz yalnız sözdə olub. Ümid edirəm ki, bundan sonra əməldə də olacaq. Beş ildən çoxdur ki, bu barədə düşünürəm və bununla bağlı çox fikirlər söyləmişəm”. O. Mirqasımov kinoşünaslıq ənənələrinin itirilməkdə olduğunu təəssüflə qeyd edib, bunu müasir texnologiyalardakı problemlərlə də əlaqələndirib: “Sözsüz, uğursuz olduğumuz başqa məsələlərdə var. Düşünürəm ki, bu müddət ərzində həm rəhbərlik, həm də xalq bizdən iş gözləyirdi. Yenə qayıdıram əvvəlki fikrimə - birlik! Məhz birlik hər şeyi həll edəcək”.
Kinorejissor Ayaz Salayev isə qeyd edib ki, kino xadimləri cəmiyyət üçün həqiqətən dəyərli insanlardır: “Biz heç nədən məhsul – film hazırlayırıq. Film həm satmaq üçün məhsul, həm də mədəniyyətin təbliğidir. Bizlər gələcəyə doğru addımlayırıq. Gələcəyə filmlərlə addımlamaq mümkündür və vacibdir. Digər vacib olan məsələ isə - dəyərlərdir. Lazımi dəyərlərin yaranması və inkişafı üçün kino ictimaiyyətinin belə birliyinin yaranması vacib idi. Yaradıcı insanlar tək olsa da, yaradıcı ailəyə ehtiyacı var. Yaxşı ki, belə bir cəmiyyət yarandı və biz bu cəmiyyətin içindəyik”.
Müşfiq Hətəmov Azərbaycan kinosunda müasir səsyazma, qrim problemlərinin mövcudluğundan danışıb.
Kinorejissor Vaqif Mustafayev Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətini qeyri-qənaətbəxş olduğunu vurğulayıb: “Hazırda mövcud olan Kinematoqrafçılar İttifaqının fəaliyyəti qənaətbəxş deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər. Lazımdır ki, milli filmlər təhlil və təbliğ olunsun, kino mühiti yaransın. Kinonun tədrisi də vacib məsələlərdən biridir”.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yarandığı elan olunub və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri seçilib.

Xatırladaq ki, Azərbaycanda Kinematoqrafçılar İttifaqı adlı qurum neçə illərdir ki fəaliyyət göstərir. Qurumun rəhbəri də Rüstəm İbrahimbəyovdur. Bu baxımdan, bu gün yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını Rüstəm İbrahimbəyovun təşkilatına alternativ qurum kimi qəbul etmək olar. Görünür hakimiyyət bu yolla ondan qisas almağa çalışır.

“Kinematoqrafçılar İttifaqına alternativ bir təşkilatın yaradılmasına ehtiyac yox idi. Yaradıblarsa da, qoy fəaliyyət göstərsin”.
Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Kinematoqrafçılar Birliyinin birinci katibi, Xalq artisti Rasim Balayev işlədiyi quruma alternativ təşkilatın yaradılmasını şərh edərkən deyib.

“Bu qurumun hansı məqsədlə və niyə yaradılması bəlli deyil. Onlar belə bir təşkilat yaradıb, hökumət də onlara kömək edir. Qoy yaratsınlar və işləsinlər. Əgər kinonun inkişafına bunun xeyri olacaqsa, qoy əlavə birini də yaratsınlar”, – deyə Rasim Balayev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) 11 yanvar 1963-cü ildə yaradılıb. Təşkilatın 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilib.
V.Nəsibov


Xəbər 550 dəfə oxundu

Bölməyə aid digər xəbərlər
25.01.2013 Ruhi Azərbaycanın ən baxımlı qadınını seçəcək - Fotolar
23.01.2013 Mematinin yeni filminin kadrları izləmə rekordlarını qırır-VİDEO
31.12.2012 “Mənim yaşıdlarım axşama kimi sabun rolunu oynayırlar”
28.12.2012 Sadəcə, Zeynəb…
27.12.2012 ƏRİ RÖYANI BOŞAYIR, OĞLUNU DA ƏLİNDƏN ALIR


Xəbərə şərh yaz

Şərh əlavə olunmayıb

 
Xəbər xətti
21.05 | 20:21  Gülər Əhmədovadan mətbuata qadağa
21.05 | 19:48  ARŞAVİN HANSI AZƏRBAYCANLI MƏMURUN QIZI İLƏ EVLƏNİR?- ŞOK - Foto
21.05 | 19:19  “Azərbaycanda çəkilən seriallarda şitlik baş alıb gedir” - Nuşirəvan Məhərrəmli
21.05 | 19:11  Xalidə Xalid və sürücüsü Təbrizdəki konsulluqdadırlar
21.05 | 19:02  “Ermənistanla danışıqlar dalana dirənib“ - Elmar Məmmədyarov
21.05 | 18:35  KXCP Milli Şuraya namizədlər SİYAHIsını açıqladı
21.05 | 18:31  “SEÇKİ PARADINA” HAZIRLIQLAR BAŞLAYIB
21.05 | 17:55  Aleksandr Lukaşenko: “Avroviziya” saxtalaşdırılıb”
21.05 | 17:51  Gürcüstanın keçmiş baş naziri həbs olunub
21.05 | 15:20  AMEA-nın yeni prezidentindən gözlənilməz qərar
21.05 | 15:08  Bir daha “azərbaycanlı olmağın qüruru” haqda...
21.05 | 14:39  “Gələn ildən etibarən 3 fəndən buraxılış imtahanı veriləcək”- Məleykə Abbaszadə
21.05 | 14:32  RƏSMI TEHRAN ƏVƏZİNİ İSTƏYİR- “Bakı da İran vətəndaşını təhvil verməlidi”
21.05 | 14:26  Mədət Quliyev qalmaqallı rəisi işdən çıxartdı
21.05 | 14:14  “BU XOŞAGƏLMƏZ AKSİYA CAVABSIZ QALMAYACAQ”- “Eurovision” qalmaqalı böyüyür- YENİLƏNİB
21.05 | 14:11  ƏLİ KƏRİMLİ VƏ İSA QƏMBƏR: FƏRQ 4 DƏFƏYƏ YAXINDIR! - Təhlil
21.05 | 14:01  Fəlsəfə və elmlər doktorlarına əlavə vəsait veriləcək
21.05 | 13:45  ELŞAD ABDULLAYEVDƏN RAMİZ MEHDİYEVƏ YENİ İTTİHAMLAR -“Yeni video faktlar açıqlanacaq“
21.05 | 13:32  ARDNŞ əməkdaşların maaşını artırır
21.05 | 13:27  Avropa Şurasının insan haqları üzrə komissarı Azərbaycana gəlir
21.05 | 13:20  QANUN ƏVƏZİNƏ SİYASƏT
21.05 | 13:17  Rövnəq Abdullayev Türkiyəyə 17 milyard ayırdı
21.05 | 12:59  Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilir
21.05 | 12:39  Azərbaycandan Rusiyaya xal verilibmi?
21.05 | 12:30  ABŞ dövlət katibinin köməkçisinin müavini Bakıya gəlir
21.05 | 12:26  MOSKVA RƏSMİ BAKININ “GÖZ YAŞLARINA” İNANACAQMI?- Ramiz Mehdiyev də Rusiyaya gedir
21.05 | 11:51  “Biz Azərbaycan hökumətinə onların ittihamı ilə bağlı məlumat verdik”
21.05 | 11:39  Əvəz Zeynallı “Ekspress Servis”i məhkəməyə verdi – 350 minlik iddia
21.05 | 11:16  Tanınmış gitara ifaçısı Rəmişin oğlu amnistiyaya düşüb
21.05 | 11:04  Təhsil Nazirliyinin şöbə müdiri işdən çıxarıldı
21.05 | 10:15  ÇPA əməkdaşı qəza törədib, 5 polis əməkdaşı xəsarət alıb
20.05 | 23:54  Polis mayoru özünü asdı
20.05 | 23:06  ABŞ-IN ÜÇ, RUSİYANIN 50 UNİVERSİTETİ...-Xaricdə təhsilə «olar-olmaz» məsələsi
20.05 | 22:23  ADP İdarə Heyəti Sərdar Cəlaloğluna xəbərdarlıq edib
20.05 | 22:13  «İLHAM ƏLİYEV «EUROVISİON»DAKI SƏSLƏRİN ARAŞDIRILMASINI TAPŞIRIB» -Polad Bülbüloğlu
20.05 | 21:41  Azərbaycanda Konstitusiya dini azadlıq verir, qanunlar isə geri alır
20.05 | 21:33  Daha bir tikinti şirkətinin rəhbəri barəsində cinayət işi başlanıb
20.05 | 21:00  AZƏRBAYCANI İNDİKİ GƏRGİN SİTUASİYADAN KİM ÇIXARA BİLƏR?- Siyasi təhlil
20.05 | 20:24  İsa Qəmbər və Arif Hacılı İsveçə gedir
20.05 | 19:11  Peşə liseyində tələbə təqaüdlərinin mənimsənilməsi faktı aşkarlanıb
20.05 | 16:40  “HƏYAT YOLDAŞIMLA GƏLİB AZƏRBAYCANDA YAŞAMAQ İSTƏYİRİK” - Rəsul Quliyev
20.05 | 16:09  BAKI İLƏ MOSKVA ARASINDAKI GƏRGİNLİK “EUROVİSİON” SƏHNƏSİNDƏ- QALMAQAL
20.05 | 16:04  “Azərbaycan içində erməni nazir olan vertolyotu güllələyib”
20.05 | 15:55  İLHAMƏ QULİYEVANI İŞSİZ QOYDULAR- AzTV-dən çıxarıldı
20.05 | 15:50  Xalidə Xalid və sürücüsü yaxın iki gün ərzində Azərbaycana təhvil veriləcək
 
Aktual


Arxiv
Tarixləri seç: 
 dən 
Nurəddin İsmayıl
Hüseynbala SƏLİMOV
Nurəddin İsmayıl
Nadir İSRAFİLOV
Sərdar CƏLALOĞLU
Kamal Əli
21.05.2013
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.4261
EUR 1 Avro 1.0112
GBP 1 İngilis funt sterlinqi 1.1965
USD 1 ABŞ dolları 0.7847
Ən çox oxunanlar
“GECƏ RAMİZ ÖZÜ ZƏNG VURUB, DEYİB GET PULU GƏTİR…” – Şokedici söhbətləşmə - VİDEO (27196)
ELŞAD ABDULLAYEVİN YENİ VİDEOSUNDA SENSASİON ADLAR- ” Mahiri Ramiz Mehdiyev oğurlayıbdır...“- VİDEO (18752)
QƏBƏLƏDƏ «BOZ KARDİNAL» ÜÇÜN YUBİLEY ZİYAFƏTİ! - Kimlər iştirak edib? - ŞOK məlumatlar (18449)
MİKAYIL CABBAROV NAZİRLİYƏ “ƏL GƏZDİRMƏYƏ ” BAŞLADI -Misir Mərdanovun iki kadrı “vuruldu” (18265)
ELŞAD ABDULLAYEVDƏN QƏTL ANONSU VƏ YENİ GİZLİ ÇƏKİLİŞ- VİDEO- (17963)
PREZİDENT RAMİZ MEHDİYEVLƏ BAĞLI RZA İBADOVA NƏ MƏSLƏHƏT GÖRÜB? - «Özün «xod» tap...» (15989)
“HEYDƏR ƏLİYEV ÖZ ƏCƏLİYLƏ ÖLMƏYİB” – Prezidentə sensasiyalı məktub – ŞOK iddia (15831)
“RAMİZ MEHDİYEV HEYDƏR ƏLİYEVİN ÖLÜSÜNƏ DƏ XƏYANƏT EDİR” – Sirus Təbrizlidən şokedici yeni açıqlamalar (15200)
BƏYLƏR ƏYYUBOVUN PAŞAYEVLƏRİN ADAMINA “İLİŞƏN” QOHUMLARI HƏBSƏ ATILDI – “Razborka” (14960)
“İLHAM ƏLİYEV BİLMİRDİ Kİ, O, ATASINI ÖLDÜRMƏK İSTƏYİB?”- Sirus Təbrizlidən şok açıqlama (14689)
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011 AzPolitika.info Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Site developed by K.Aliyev
Ünvan: Bakı ş., S.Əsgərova küçəsi 184, m 3. (Keşmiş "Qarabağ" mehmanxanasının yanı)
Tel/Fax: (+994 12) 449 88 87
Mob: (+994 70) 222 66 27
E-mail: azpolitika@mail.ru