Haqqımızda  Əlaqə
ELŞAD ABDULLAYEV YENİ “BOMBA PARTLATDI”-VİDEO
Tarix: 16.11.2012 | Saat: 17:21 | E-mail | Çapa göndər | Sosial şəbəkədə paylaş
Şrift ölçüsü : - / +

Sabiq rektor hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirən videogörüntüləri yaydı



Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev qəzətimizə növbəti müraciət ünvanlayıb. Müraciətdə öncə “Azadlıq”a əlindəki ciddi faktları ictimailəşdirməkdə yardımçı olduğu üçün təşəkkürünü çatdıran E.Abdullayev bildirir ki, onda olan daha bir videonu yaymaq qərarına gəlib.
Budəfəki video görüntü sabiq rektorun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirir.
«Mənim əvvəlki müraciətlərimi dərc etdiyiniz və göndərdiyim vidematerialları yaydığınız üçün Sizə təşəkkürümü bildirirəm. Sizin vasitənizlə bir daha oxucularınıza çatdırmaq istəyirəm ki, mənim məqsədim qardaşım Mahir Abdullayevin Azərbaycanda fəaliyyət göstərən mütəşəkkil cinayətkar təşkilat tərəfindən oğurlanmasının təfərrüatlarını ictimaiyyətə çatdırmaq və bu işin açılmasına nail olmaqdır.

Əvvəlki müraciətlərimdən sonra Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən 4 oktyabr 2012-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunda qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin oğurlanması faktına görə, başlanmış cinayət işinin istintaqını aparmaq məqsədi ilə Müstəqil İstintaq Komissiyası (MİK) yaradılmışdır. Bundan sonra, mən bui şlə əlaqədar şəxsi təşəbbüsümlə topladığım sübutları MİK-ə təqdim etmişəm. Bu sübutların bir hissəsi əvvəllər də mənim tərəfimdən hüquq-ümhafizə orqanlarına təqdim olunsa da, təəssüf ki, 9 il müddətində 12 müstəntiq heç bir araşdırma aparmamış, tədbir görülməmişdir və bunun üçün Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsinin zəruri olmasını qeyd etmişlər. Məndə belə bir təsəvvür yaranır ki, MİK də bu sübutları araşdırmaq üçün lazımi tədbirlər görmür, hər halda onun fəaliyyəti arzu etdiyim səviyyədə deyil.

Hazırda MİK-ə təqdim etdiiym sübutlardan biri də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Babayev Hacı Ağababa Fərman oğlu ilə söhbətimizin video və audio yazılarıdır. Bu materialları mən 2 mart 2009-cu ildə rəsmi qaydada, protokol ilə MTN-in əməkdaşı Rəsul Rəsulova vermişəm və bunu əks etdirən video kaseti MİK-ə təqdim etmişəm...
Mən, hakim Hacı Ağababa Babayevlə söhbətimiz əks etdirilmiş video görüntülərindən birini Sizə göndərməklə onu yaymağınızı xahiş edirəm. Hesab edirəm ki, bu görüntünün yayılması nəinki istintaqa mane olmayacaq, əksinə onun obyektiv aparılmasına və daha da sürətlənməsinə kömək edəcək”, - deyə E.Abdullayev müraciətində yazır.
Sabiq rektor hakimlə söhbətinin 2007-ci ilin iyuluna təsadüf etdiyini bildirir.



E.Abdullayevin yaydığı videogörüntülərdəki söhbətin stenoqramını təqdim edirik:

Ağababa Babayev:
- Nə isə, keçək mətləbə, vaxtım azdır, məni gözləyirlər.

Elşad Abdullayev:
- Hacı, qadanı alım, qardaşımı ver də...

- Sənin qardaşını Allah qoysa... Mən bunlarla görüşdüm, altıncı günün söhbətidir...
- Vilayətlə, yoxsa Ramillə?

- Vilayətlə. Dedim ki, sizinlə qurtardım mən. Siz mənə ayın 3-də verməliydiniz bunu. Əvvəl dedilər ki, ayın 2-də bayramdır, qalsın 3-nə. Dedim ki, axı mən də adamlara söz vermişəm. Bir epizod vardı, heç deməmiş, qəsdən onu rədd elədim, buraxdım. Mühüm əhəmiyyət kəsb eləyirdi onlar üçün. Özü də demişdilər mənə əvvəlcədən. Dedim ki, artıq 8-ci ildir ki, nə demisiniz, demişəm, “baş üstə”. Olub elə? Dedi, olub. Bir manat istəmişəm? Bir şey eləmişəm? Dedi, yox. Yaxşı, mən də sizdən bir şey xahiş elədim, indiyə qədər eləməmişdim. Əgər mümkün deyilsə, mənə deyin ki, sən qarışma, otur yerində. Dedim ki, mən də heç bir şey bilmirəm, amma mən deməmiş, sən dedin ki, hər şey yerindədir, sağ-salamatdır. Soruşdum ki, düzdür? Dedi ki, düzdür. Sonra, dedim ki, bəs bunu buraxmaq məsələsi... Dediniz ki, narahat olma, onu verəcəyik sənə təhvil. Dedim ki, axı mən də bu insanlara söz vermişəm. Bəlkə bu insanların fikrindən başqa şey keçirmiş, amma mən demişəm ki, mənəm ortada, heç nə eləməyin, heç yerə getməyin, bu uşağı verərlər sizə gec-tez. Indi də bir aydan yuxarıdır, bu gün-sabah, bu gün-sabah... Mən də insanam, mənim də üzüm var...

- Iki uşağı var, ayıbdır. Bir qardaşım Türkiyədə xəstəxanada, bacım Leyla Şıxlinskaya xəstəxanasında. Canım üçün, hamısı əsəbdən...
- Mənim də nüfuzuma xələl gəlir, belə çıxır ki, mən yalançı olmalıyam? Nə isə, çox söhbətimiz oldu. O gün görüşəndə axırıncı dəfə dedi ki, bəs, fikirləşirik, onu nəyin bahasına olursa olsun, birtəhər verək məhkəməyə, açıb buraxsınlar, elə siz özünüz həll eləyin. Dedim ki, yaxşı, bəs iki ildən sonra, üç ildən sonra...

- Üç il səkkiz ay...
- Üç il yarımdan sonra... Sabah nə deyəcəksiniz? Indi nə düzüb-qoşacaqsız? Sabah bəs soruşmayacaqlar ki, bu bir belə harada, niyə yatıb? Bəs bu hara getdi belə? Dedi, yox, elə onun üçün çalışırıq. O, sözü elə onun üçün atdı... Mən də dedim ki, yox, bu, təmiz çıxmalıdır, öz işinə-zada qayıtmalıdır. Əgər bunun əməlində bir şey varsa, deyin. Mən hesab edirəm, bunlar bu neçə vaxtdır fırlatmaqda, istəyirlər ki, bir şeylə versinlər məhkəməyə, sonra biz də buraxaq çıxıb getsin. Mən tutdum da bunu ki, bunlar bunu belə saxlamaqla neyləmək istəyirlər. Onu da dedim ki, almısan, eləmisən, öz yerində. Bu qədər də olmaz da, ayıbdır axı... Ya mənə de ki, qarışma, mən də gəlim deyim ki, qardaş, mənim işim deyil, mənə imtina elədilər. Dedim, siz də dediniz ki, baş üstə, indi də eləyin də. Keçən beşinci gündən məsələlər bərk şişib. O adamı ki mən tutmadım, onların dediyini, həmin məsələdə də iki milyon pul var idi...

- Həmin məsələdə? Bizdəki kimi...
- Yox, başqa cür idi. Götürmüşdülər ki, onun pulu var, qalmalıdır burada. Açıq bəllidir, pulunu almağa. 2 milyon dedilər gətir. Vermirlər, qalsın burada. Yaxşı, qalsın e, qalsın. Sən də bunu elə də...

- ...
- Milyonlar e, nə danışırsan sən? Zülfüqarov qardaşlarından 5 milyon aldılar. Bu gün tutdurdular mənə, aldılar, 20 gündən sonra buraxdırdılar. Denən, 5 qəpik mənə verdilər?
Yaxşı, indi də bu insan nə qədər çəkməlidir bunu? Bütün nəsil, ailə xəstələnib. Neyləmək lazımdır burada?
Sabah, sabah ikinci gündür, ya birisi gün mən gedib Ramillə görüşəcəyəm. Bilirsən, məsələ başqa cürdür. Mən məsələni qoymuşam, o da məruzə eləyib, Ramil də deyib ki, ağsaqqala de, bir görüşək. Bəlkə də bu gün oldu, sabah oldu, məni çağıracaq. Bu niyə belə oldu, olmadı... Başa düşdün?

- Balamın canı üçün, hacı, sabah yox, birisi gün ayın 13-də olur 3 il 8 ay.
- Aydındır. Indi görək nə deyir mənə. Indi o məhkəmə məsələsi ki var... Söhbət açılacaq da orada. Açılsa, deyərəm ki...

- Denən, bunun işçisini bir ildə dörd dəfə tutduz, “krupnı” pulunu aldız. Axırda dedilər ki, nə danışırsan, təzədən gətirməlisən. Gördüm ki, abırsızlıq, həyasızlıq olacaq, getmədim. Hacı, qardaşımı göndərdim. Bildim ki, bunlar elə bəhanə axtarırlar. Qardaşımı göndərib bunları yola verdim. Amma adamda insaf yaxşı şeydir də... Dörd dəfə məni belə aldadıb o pulu da alıblar.
- Bu gün-sabah bu məsələ həll olunmalıdır, 100 faiz. Ya belə buraxmalıdırlar, ya da... Indi mən ya sabah, ya da birisi gün görüşəcəm. Ya da məhkəməyə verəcəklər işi.

- Hacı,...
- Dedi, bəlkə elə sizə verdik, siz yoluna qoyduz. Elə bir söhbət də işlətdi.

- Hacı, ən yaxşısı elə belədir. Ən yaxşısı, de ki, ver, mən yoluna qoyaram. Məhkəməlik eləmə. De ki, bunun adamını bir ildə dörd dəfə ilişdirmisən, pulunu alıb yoluna qoymusan. Ayıbdır axı...
- Elə bilirsən demirəm? Vallah deyirəm. Uje mən... Allaha and olsun, bunlarla cəng edirəm. Allah qoysa, ya sabah, ya birisi gün özü çağırmalıdır nazir məni. Mənim məqsədim budur ki, təmiz çıxsın.

- Amma sən situasiyaya fikir ver, görsən ki, bunlar başqa yol tutmaq istəmir, ver məhkəmə ilə. Sonra biz “opravdaniya” qazanarıq.
- O, sonrakı işdir. Mən bunların “qarın ağrısını” tədricən yumşaltmaq istəyirəm. Yavaş-yavaş məhkəməyə-filan... Gücüm çatmasa, görsəm ki, mümkün deyil...

- Denən hörmətinizi-zadınızı eləyək, buraxın bunu, çıxıb getsin evinə, sən Allah.
- Qardaş canı, demişəm ki, gedin “hörmətinizi” də alın, nə istəyirsiniz alın...

- Eləmişik də, vallah eləmişik.
- Mən məsələni sərt qoymuşam, ikinci çıxış yolu yoxdur. Indi gözləyək...

- Məhkəmə yolu ilə deyəndə, hansı maddə ilə vermək istəyirlər?
- Bilmirəm, hansı maddə ilə vermək istəyirlər.

- Bunlara nə var e...
- Dələduzluqdan-zaddan verərlər...

- Milyon dənə maddə var.
- Əşşi, maddədən çox maddə var. Dələduzluq verərlər, bunlar üçün ən yaxşısı odur. Filankəsi aldadıb, filankəsə söz verib... Başqa nə eləyə bilərlər?

- De ki, bir-birimizə niyə hörmət eləməyək? Bir qardaşı hüquq elmləri doktorudur, bir qardaşı prokurorluq polkovnikidir... Hamısı vəzifəli adamlardır.
- Qardaş, mən yorulmuşam bunlarla. Yoldaşım da deyir ki, bunlar gündə sənə filan işi deyirlər, filan işi deyirlər. Bəs sən onların başını əzmirsən ki, bu nədir? Dedim ki, eləmişəm də bu səfər, indi fırlanırlar...

- Baş var ki, əzəsən?!
- O gün rədd elədiyim işdəki adamı “povtornı” məhkəməyə vermək istəyirlər.

- Utanmırlar e... Abırsız, həyasız adamlardılar da...
- Murdar adamlardılar e...

- Hacı, sən Allah, məhkəməyə qoyma, belə yola verək, çıxsın getsin.
- Yox, yox, mən özüm də istəmirəm.

- Denən bəs burda niyə oturmuşuq?
- Demişəm ki, axı mən adamlara söz vermişəm. Indiyə qədər heç kimə söz verməmişəm, heç kəslə məşğul olmamışam. Mən bunu bilməliyəm axı, sözümün üstündə durmalıyam. Bunlar da mənə hörmət eləyirlər.

- Denən, indiyə qədər bunun işçisini dörd dəfə tutub buraxmısan... Balamın canı üçün, nə pul istəyiblər, onu da vermişəm.
- Demişəm. Demişəm ki, qarant mənəm, bir kəlmə söz çıxsa, mənlikdir.

- De ki, paqon yoldaşınızdır, ayıb deyilmi? Bunlar adam deyillər e...
- Bunlar adam deyillər, vəhşidilər.

- Bunlarınkı vəhşilikdir.
- Vəhşilikdir, adam olsaydılar, nə vardı ki?!

- Heç Hitler belə eləməyib...
- Onlar bilirsən nətər şeylər eləyir, ay Elşad müəllim? Vallah, adam küsür, nifrət eləyir. Heç işləmək istəmirəm. Istəyirəm, çıxım oradan.

- Sənin bəxtindəndi, elə yerə düşmüsən ki...
- Özüm də bezmişəm, çalışıram ki, bir başqa sakit rayona gedim ki...

- Mən bilirsiz bayaqdan nəyi axtarırdım? Qardaşımın Ilham Əliyevlə bir yerdə şəkli var. Hadisədən üç gün əvvəl çəkilib. Üç-dörd dənə şəkil çəkdirib Ilham Əliyevlə.
- Gözü götürməyən adamlardır da. Sabah birdən mənim yerimə keçər...

- Təsadüfi adam olsaydı, Ilham Əliyevlə onun şəkli olardımı?
- Yox əşşi, təsadüfi adamla onların nə işi var...


Xəbər 19215 dəfə oxundu

Bölməyə aid digər xəbərlər
10.05.2013 “ƏLBƏTTƏ Kİ, QƏBİRDƏKİ ÖLÜNÜ GÖRÜRƏM” – Hacıbala şou – Növbəti hissə
10.05.2013 HİLAL MƏMMƏDOV ƏLƏKRAM HÜMBƏTOVUN “SAĞ ƏLİ” İMİŞ – Şok video
28.04.2013 PROREKTOR ALDIĞI RÜŞVƏT PULUNU UDMAQ İSTƏDİ – Əməliyyat çəkilşi
25.04.2013 “GECƏ RAMİZ ÖZÜ ZƏNG VURUB, DEYİB GET PULU GƏTİR…” – Şokedici söhbətləşmə - VİDEO
14.04.2013 ELŞAD ABDULLAYEVİN YENİ VİDEOSU- Hakimiyyət əleyhinə sərt ittihamlar - VİDEO


Xəbərə şərh yaz
 Şərhlər Sayı: 9 
demokrat Bu bədbəxtin də evi yıxıldı.Maraqlı budur ki,Elşad bu video yazıları əvvəlcədən düşünülmüş halda çəkirmiş.Kimin aglına gələrdi ki,deputat seçilmək iddiasında olasan və anda da bu epizodları lentə alasan.Görəsən pul verib deputat seçilsəydi,bu videoları üzə çıxarardımı?
Azad Menim fikrimce, bu bas veren olay okeanda uzen sadece bir dene Aysberqin gorunmeyen terefinin eriyerek uze cixmasina sebeb oldu. inanin mene Azerbaycanda yuzlerle bele aysberqlere benzer insan taleleri movcuddur ki, onlarin da eriyib suyun altindaki hisselerinin uze cixmasi ucun gunese ehtiyacimiz var.Ancaq teessufler olsun ki, basimizin ustunde tugyan eden qara buludlar hetta o gunes sualarinin bele harayimiza catmagina imkan vermirler.(deyirem belke gunesi de tutub "podvala" saliblar)... bizim xeberimiz yoxdur.!
Huquqsunas Mashallah.... Elshad muellimde diesen her gorushduyu insanla kamera cekilishi aparir :)
mmi ALLAH SƏNƏ RƏMƏT ELƏSİN AĞABABA. İSTİNDAQDA NƏ DEMİSƏN Kİ BU VİDEO YAYILDI. VİDEO TAM ORİGİNALDI
aslan Elşad müəllim, sizin ilk göndərdiyiniz video materiallara görə alqışlayıram.Siz bir daha MM üzvi olmaq üçün nə fırıldağlara əl atıldığını, ölkədə nə fırıldaqlıqlar olduğunu bir daha siz göstərdiniz. Buna görə təşəkkür.Lakin Elşad miəllim siz də az aşın duzu deyilsiniz. Azdan-çoxdan ADU-da nə hoqqalardan çıxmısınız bunu bütün aləm bilir. Lakin məni təəssüfləndirən sizin namərdliyinizdir. Videoda göründüyü kimi təmasda olduğunuz, biabretdiyiniz şəxslər hamı sizə yaxın bildiyiniz, bir yerdə çörək kəsdiyiniz şəxslərdir. Siz kimliyindən asılı olmayaraq hiyləgər masqanızı taxıb camaatın axırına çıxırsınız.Ayıb deyilmi məgər. Kişi arxadan kürəyə bıçaq sancmaz.Bunlar işdən azad edilməklə nə qazanacaqsınız. Siz elə bilirsiniz ki, bu kəm-kəsirlər düzələcək. Arada uşaqları gözü yaşlı qoyursunuz. Allah sizə hidayət etsin.
Aliqulu ASLAN BƏY,ELŞAD MÜƏLLİMƏ BU *VERGİ* ALLAH TƏRƏFİNDƏN VERİLİB,AXI BU BIABIRÇILİQLARA SON QOYULMALIDIR.YERDƏ YIXAN VAR, YUXARDAN BAXAN.
Nigar Məni bir sual çox maraqlandırır. Görəsən E.Abdullayev özü bu milyonlarla pulu haradan alıb? Hər halda maaşdan "geri" atmaqla deyil!
naxo Bia millet beleyikda,sabah ramil usubovda iwden cixsa bir soz dese hami deyecek ramil kiwi adamdi,bu ... elmana gore kasib kusubun elinde olan pulu getdi hec diplomda alammadi bu ne vaxtda kiwi olub millet ucun?...
qaqaw elwad mallim cox sagolun dejilan manasiz sozlarla ruhdan duwmajin etdijiniz bu iwlar xalqin gozunu tamamila acir tawakkur
 
Xəbər xətti
20.05 | 08:45  Azərbaycanın “Eurovision”da qazandığı uğurla bağlı şok iddia - Video
20.05 | 08:35  Azərbaycan nümayəndə heyəti İranın Ali Dini rəhbəri ilə görüşüb
20.05 | 08:28  Polis leytenantının idarə etdiyi “Range Rover” hasara çırpılıb, 3 nəfər ölüb
19.05 | 11:29  Ədalət Partiyası Gəncədəki tədbirini təxirə salmalı oldu
19.05 | 11:17  İranda saxlanılan qadın alimimiz azadlığa buraxıldı
19.05 | 10:57  Azərbaycandan “Evrovision”da möhtəşəm nəticə -Video
19.05 | 02:08  TƏHSİL «XƏRÇƏNG»İ
18.05 | 17:22  “1992-ci ilin aprel ayında Nazirlər Kabineti Laçın camaatının köçürülməsi barədə məxfi qərar vermişdi”
18.05 | 13:41  Ekspert Təhsil Problemləri İnstitutunun direktorunu ittiham etdi
18.05 | 13:31  İCTİMAİ PALATADA MİLLİ ŞURA MÜZAKİRƏYƏ ÇIXARILDI- FOTOLAR - YENİLƏNİB
18.05 | 13:21  Qul olduğunu anla, qalx da qurtul qaranlıqdan!
18.05 | 13:13  Nazpərini İsveçrəyə hansı iş adamı aparıb?
18.05 | 13:07  “Qəbələ RLS-də təhvil-təslim işləri yaxın zamanlarda bitəcək”- Xələf Xələfov
18.05 | 12:53  Azərbaycanda hərbçiləri daşıyan maşın qəzaya düşüb- ölənlərin sayı 5 nəfərə çatdı-YENİLƏNİB - VİDEO
18.05 | 12:31  “A.M.A.Y ”AĞ ŞƏHƏR“Ə GÖRƏ SÖKÜLƏ BİLƏR
18.05 | 09:52  Laçın rayonunun işğalından 21 il ötür
18.05 | 09:45  Gültəkin Hacıbəyli, yaxşı ki, susdunuz!
17.05 | 20:31  Mikayıl Cabbarov Naxçıvana getdi
17.05 | 19:59  ASLAN İSMAYILOV SAXLANILDI VƏ AZAD EDİLDİ- FOTOLAR
17.05 | 19:53  DİN Almaniya vətəndaşının ölümü ilə bağlı açıqlama verdi
17.05 | 18:05  Prezident yeni rektor təyin etdi
17.05 | 17:58  PREZİDENTİN KEÇMİŞ KÖMƏKÇİSİNİN ADI SƏS-KÜYLÜ QƏTL İŞİNDƏ
17.05 | 17:00  Ziyalılar Forumu Gültəkin Hacıbəyli ilə bağlı BƏYANAT verdi
17.05 | 16:31  İlkin Rüstəmzadə 2 aylıq həbs olundu
17.05 | 16:06  Müzakirə tələbi, yoxsa daha bir şou?
17.05 | 14:53  ARDNŞ Avro-2016-nın rəsmi sponsoru oldu
17.05 | 14:48  Kurikulum məsələsi qızışır...
17.05 | 13:54  Azərbaycan İtaliya şirkətinə 115 milyon avro dəyərində 10 helikopter sifariş verib
17.05 | 13:42  “Azərbaycanda İlham Əliyevlə müqayisə olunacaq siyasətçi və namizəd yoxdur” - Əli Əhmədov
17.05 | 13:24  “Partiya liderləri arasında siyasi dialoq təşkili insanları düşündürən məsələlər sırasında axırıncı yerdə dayanır”
17.05 | 13:04  Gülər Əhmədova Sevinc Babayevanın anası və oğlunu tutdurmaq istəyir
17.05 | 11:42  KEÇMİŞ HƏYAT YOLDAŞINI GÜLTƏKİN HACIBƏYLİYƏ QARŞI DANIŞDIRDILAR – Mətbuat konfransı
17.05 | 10:57  ATƏT-in Bakı Ofisi siyasi partiyaları bir araya toplayacaq
17.05 | 10:54  Təhsilimizdə cəzasızlığın sonu yaxınlaşırmı?
17.05 | 10:44  Azərbaycanın Milli Qəhrəmanı dünyasını dəyişdi
17.05 | 10:37  AMİP Milli Şura təşkilatçılarından təklif aldı
17.05 | 10:26  Azərbaycan “Eurovision 2013” mahnı müsabiqəsinin finalındadır - FOTOSESSİYA
17.05 | 10:15  Azərbaycanda ali məktəblərə ərizə qəbulu bu gün başa çatır
16.05 | 20:43  Vilayət Eyvazov Nyu Yorkda insan alverindən danışıb
16.05 | 20:28  Azərbaycanda jurnalistlər rüşvət alarkən tutuldu
16.05 | 20:24  Mikayıl Cabbarov daha 5 vəzifəli şəxsi cəzalandırdı
16.05 | 18:47  Kurikulumun müzakirəsi baş tutmadı...
16.05 | 17:47  KEÇMİŞ İCRA BAŞÇISI MEHBALI ƏLİYEV AEROPORTDA SAXLANILDI
16.05 | 16:13  ELDAR İBRAHİMOV MAKSİM MUSAYEVİ HƏDƏFƏ GÖTÜRDÜ – “O nazir olmaq istəyirdi...”
16.05 | 15:30  “Bu, mənə qarşı hazırlanmış tələ idi” – Həbsdən çıxan müğənni
 
Aktual


Arxiv
Tarixləri seç: 
 dən 
Nurəddin İsmayıl
Nadir İSRAFİLOV
Sərdar CƏLALOĞLU
Kamal Əli
Nurəddin İsmayıl
Elnur Astanbəyli
20.05.2013
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.4260
EUR 1 Avro 1.0083
GBP 1 İngilis funt sterlinqi 1.1931
USD 1 ABŞ dolları 0.7847
Ən çox oxunanlar
«PAŞAYEVLƏR»: AZƏRBAYCAN TƏHSİLİNİN YENİ «SAHİBLƏRİ» - Yeni prezidentə yeni komanda?... (31158)
“GECƏ RAMİZ ÖZÜ ZƏNG VURUB, DEYİB GET PULU GƏTİR…” – Şokedici söhbətləşmə - VİDEO (26544)
ELŞAD ABDULLAYEVİN YENİ VİDEOSUNDA SENSASİON ADLAR- ” Mahiri Ramiz Mehdiyev oğurlayıbdır...“- VİDEO (18525)
QƏBƏLƏDƏ «BOZ KARDİNAL» ÜÇÜN YUBİLEY ZİYAFƏTİ! - Kimlər iştirak edib? - ŞOK məlumatlar (18197)
MİKAYIL CABBAROV NAZİRLİYƏ “ƏL GƏZDİRMƏYƏ ” BAŞLADI -Misir Mərdanovun iki kadrı “vuruldu” (17985)
ELŞAD ABDULLAYEVDƏN QƏTL ANONSU VƏ YENİ GİZLİ ÇƏKİLİŞ- VİDEO- (17728)
PREZİDENT RAMİZ MEHDİYEVLƏ BAĞLI RZA İBADOVA NƏ MƏSLƏHƏT GÖRÜB? - «Özün «xod» tap...» (15851)
“RAMİZ MEHDİYEV HEYDƏR ƏLİYEVİN ÖLÜSÜNƏ DƏ XƏYANƏT EDİR” – Sirus Təbrizlidən şokedici yeni açıqlamalar (14911)
BƏYLƏR ƏYYUBOVUN PAŞAYEVLƏRİN ADAMINA “İLİŞƏN” QOHUMLARI HƏBSƏ ATILDI – “Razborka” (14731)
“İLHAM ƏLİYEV BİLMİRDİ Kİ, O, ATASINI ÖLDÜRMƏK İSTƏYİB?”- Sirus Təbrizlidən şok açıqlama (14412)
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011 AzPolitika.info Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Site developed by K.Aliyev
Ünvan: Bakı ş., S.Əsgərova küçəsi 184, m 3. (Keşmiş "Qarabağ" mehmanxanasının yanı)
Tel/Fax: (+994 12) 449 88 87
Mob: (+994 70) 222 66 27
E-mail: azpolitika@mail.ru